19 Şubat 2017 Pazar

Ad gününün ( miladın ) mənası

Milad
Milad bayramı (ivr. חג המולד‎, yun.Χριστούγενναing. Christmasrus.Рождество Христово) — hər il İsanın doğulmasının[3][4] qeyd edilməsi üçün, əsasən25 dekabrda[5][6] keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır.[2][7] Xristian təqviminin mərkəzində dayanan bu bayramadvent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır.[8 Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.

Milad
Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.[14][15] Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda[16] qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi[17][18] , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş[19] və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə “İsanın həqiqət günəşi olması” haqqında Bibliyaməlumatı[a] ilə əsaslandırılmışdır.[19][20][21][22][23]
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır.[24] Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta babaSanta Klaus, Körpə İsa kimi fiqurlar da vardır.[25] Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.

Etimologiyası 


"Milad" bayramın adının ərəb dilindən tərcümə formasıdır. Əksər müsəlman xalqaları kimi,azərbaycanlılar da bu bayramı Milad (Doğulma) adlandırırlar. Xristian Qərb xalqları, o cümlədən ingilislər isə bayramı “Krismas” (Christmas) adlandırırlar. Christmas sözü iki sözün “Christ” və “mass” sözlərinin birləşməsindən əmələ gəlməklə, “İsanın messiyası” mənasını verir. Orta ingilis dilində “Cristemasse”, qədim ingilis dilində isə “Crīstesmæsse” kimi səslənən söz mənbələrdə ilk dəfə 1038-ci ildə[4], daha sonra isə 1131-ci ildə İsa messiyası ilə bağlı qeyd alınmışdır.[26] “Crīst” (tam formada Crīstes) sözü, ivrit dilindəki “məsh olunmuş”[27][28]mənasını verən “Māšîaḥ” (מָשִׁיחַ) sözününyunan dilinə tərcüməsi olan Xristos (Χριστός) sözü əsasında yaranmaqla latın dilindəkiYevxaristiya bayramı ilə əlaqəli “mæsse” ilə əlaqəlidir. Tarixən “Kristenmas” (Christenmas) forması da işlənmişdir ki, lakin bu ad da hazırda arxaik və dialektik xüsusiyyət daşımaqla, orta ingilis dilindəki “Cristenmasse” - hərfi tərcümədə “Xristian messiyası” sözündən gəlməkdədir.[29] “Xmas” “Krismas” sözünün abreviaturası olmaqla yunan dilindəki “Xristos” (Χριστός) sözündəki initial “chi” (X) hərfinin qısaldılması əsasında yaranmışdır[30] və orta ingilis dilindəki “Χρ̄es” (burada “Χρ̄” “Χριστός” sözünün abbreviaturasıdır) sözünə uyğun gəlir.Əlavə olaraq qeyd ede bilərik ki burda messa sözü latın dilindən tərcümədə "göndərilmə, yollanma" kimidir.[31]

Digər adlarıRedaktə

Tarixən Milad bayramı müxtəlif xalqlar arasında müxtəlif adlarla tanınmışdır. Anqlo-sakson tayfaları arasında bayram “qışortası[32][33] adıyla tanınmış, bəzən isə “Nātiuiteð” (latın dilindəki “nātīvitās” sözündən törəyib) adlandırılmışdır.[32][34]Bayramın bilinən digər adı “Doğulma” – “Nativity” isə latın dilində “nātīvitās” sözündən yaranmışdır.[35] Qədim ingilis dilində “Gēola” ("Yule") sözü xristian Miladının qeyd edildiyi Dekabr-Yanvar aylarına aid edilir.[36] Qədim fransız dilinə, latın dilində olan nātālis (diēs) – “doğum günü” sözündən keçmiş olan “Noël” və ya “Naël” sözü XIV əsrdən “Noel” (və ya "Nowell") şəklində ingilis dilində də işlənməyə başlamışdır.[37]

Tarixi 
354-cü il Xronoqrafiyasında 25 dekabrın xristian liturgiyasına əsasən İsanın doğulma günü kimi qeyd edilməsi haqqında ilk məlumat vardır. Bu hadisə, artıq Şərq kilsələrinin İsanın doğulmasını Epifaniya ilə əlaqədar olaraq 7 yanvarda qeyd etdiyi dövrdə, Romada baş vermişdi.[38][39]Bayramın 25 dekabrda qeyd edilməsi, Şərq kilsələri tərəfindən daha gec qəbul edilmişdir:Antioxiyada IV əsrin sonlarında, təxminən388-ci ildə Yohannes Xrisostomostərəfindən[39] , daha sonrakı dövrdə isəİskəndəriyyədə.[40] Lakin, görünür Qərbdə İsanın doğulmasının 6 yanvarda qeyd edilməsi 380-ci ilə kimi davam etmişdir.[41]245-ci ildə Origen Leviticus 12:1–8 şərh edərək qeyd edirdi ki, Müqəddəs mətnlərdəyalnız, baş aşpazı asdırmış Fironun (Genesis 40:20–22), Vəftizçi İohannın başını vurdurmuş Herodun (Mark 6:21–27) və başqa günahkarların doğum gününü belə qeyd etməsi bildirilir, İyeremiya (Jeremiah 20:14–15) və İov (Job 3:1–16) kimi müqəddəslərin isə onları lənətləməsi göstərilir.[42] 303-cü ildə Arnobiusun tanrıların doğum gününün qeyd edilməsi ideyasına rişxənd etməsi göstərir ki, onun Milad bayramı haqqında heç bir məlumatı yox idi.[43] Lakin, Miladın İsanın tanrı kimi yox, insan kimi doğulmasını qeyd etmək məqsədi ilə keçirildiyi nəzərə alındıqda bu məlumatın müasir Milad bayramı ilə bir əlaqəsinin olmadığı bildirilir.[4] Şimali AfrikadakıDonatistlərin də Miladı qeyd etməsi düşünməyə əsas verir ki, bayramın əsası məhz 311-ci ildə kilsənin yaranmasından sonra qoyulmuşdur.
Miladla bağlı ən məşhur adətlər, İsanın doğulması hadisəsindən asılı olmayaraq, əsasən sonradan xristianlığı qəbul etmiş əhalinin qədim paqan dini ənənələri, xüsusilə qış festivallarına məxsus adətlər üzərində formalaşmışdır. Yule zamanı yandırılan Yule kötüyü və Saturnalia[44] festivalından qalmış hədiyyə paylama da daxil olmaqla qədim paqan adətləri əsrlər ərzində xristianlıq adətləri ilə qaynayıb-qarışmışdır. Bayrama hakim olan əhval-ruhiyyə də onun yarandığı dövrdən inkişaf etmiş, bəzən orta əsr dövlətlərinə uyğun karnavalsayağı süst və sərxoş xüsusiyyət daşımış[45], XIX əsrin islahatlarından sonra isə daha çox ailə və uşaqlara yönəlik mövzular üstünlük təşkil etmişdir.[46][47] Bundan başqa, Milad Puritanlar kimi bəzi Protestant qrupları tərəfindən, həddən artıq paqan və qeyri-bibliya məzmununa görə rədd edilmişdir.[48][49]

İsanı təsvir edən Christo Sole (Məsih günəş) mozikası, Romada, Müqəddəs Pyotr bazilikasının altında yerləşən IV əsrdən əvvələ aid xristian katakombasında olan təsvir.[50]

Paralel bayramlarla əlaqəsiRedaktə

Erkən xristianlıq dövründə, qış festivalları, xüsusilə qış gündönümünə təsadüf edən günlər Avropanın paqan mədəniyyətlərində çox məşhur idi və əhali arasında böyük təmtəraqla qeyd olunurdu. Bayramın əsas səbəblərindən biri o idi ki, qış vaxtı kənd təsərrüfatı işləri az olurdu və insanlara qalan yeganə iş bayram edərək yazda yaxşı havanın olması üçün tanrılara dua etmək idi.[51]Müasir Milad ənənələri məhz həmin festivalların ənənələri əsasında yaranmaqla, hədiyyə vermə və Milad oyunları RomaSaturnaliası, Milad ağacı, işıqlar və xeyriyyəçilik Roma Yeni ilindən Yule kötüyü(tonqal qalanma ənənəsi) və Milad yeməkləri german tayfalarının paqan festival ənənələrindən götürülmüşdür.[52]
Skandinaviya xalqlarının paqan ənənəsində qış festivalı Yule adı ilə qeyd edilir və dekabrın sonu – yanvarın əvvəllərinə təsadüf edir.[53]Şimali Avropada paqan ənənələri çox güclü olduğundan, burada onlar xristianlaşmadan sonra da öz təsirini qoruyub saxlaya bilmişdir, məsələn, Kolyada[54] Milad tamaşalarında öz əksini tapmışdır. Skandinaviya xalqları indi də Miladı “Jul” adlandırırlar. İngilis dilində “Yule” sözü “Milad” sözünün sinonimi kimi işlədilir[55] və bu sözün istifadəsi ilk dəfə 900-cü ildə qeydə alınmışdır.

Dies Natalis Solis InvictiRedaktə

“Dies Natalis Solis Invicti” ifadəsi “Məğlubedilməzin günəşin doğum günü” mənasını verir və Roma imperatoru Avrelian bu festivala qatılaraq, 25 dekabrda onun təntənəli açılışını qeyd edir, qış festivalları mövsümünün başladığını bildirirdi.[56][57]İmperator Konstantinin hakimiyyəti dövründə erkən xristian yazarları bu festivalı xristianlığa uyğunlaşdıraraq, Malachi 4:2-də qeyd edilən“günəşin salehliyi” ifadəsi ilə izah etməyə başladılar.[56][57] Özünün “Heretiklərin aşkarlanması və rədd edilməsi” əsərindəİriney (130-202) qeyd edir ki, İsanın doğulması 25 martda baş vermişdir və doğulmadan 9 ay sonra baş verərək, 25 dekabra tuş gələn İsanın çarmıxa çəkilməsihadisəsinə istinad edir.[58] İrineyin qeyd etdiyi doğulma hadisəsi indi Müjdə hadisəsi kimi məşhurdur və yaz ekinoksu ilə əlaqədar olmaqla, Miladı qış gündönümü ilə üst-üstə gətirib çıxarır.[58] “De Pascha Computus” (243) adlı anonim əsərdə yaradılışın 25 martda baş verdiyi bildirilir, İsanın doğulmasının isə (bu yerdə işlədilən “nascor” sözü başqa mənada da istifadə edilə bilər) Yaradılış kitabında günəşin yaradılmasına uyğun olaraq 28 martda baş verdiyini bildirir. Bibliyanın tərcümələrindən birində oxuyuruq: “O ki, Rəbbin gözəl və ilahi yaratdığıdır, günəşin yaradıldığı 28 mart, Çərşənbə günü, Məsih olaraq doğulmuşdur. Bu səbəbdən də peyğəmbər Malaxay onun haqqında insanlara müjdə verərək demişdir: 'Sizin üçün salehlik günəşi yaradılacaq və şəfa onun qanadlarında sizə təqdim ediləcək. '” [4][59]
IV əsrdə 25 dekabrın qeyd edilməsini təbliğ edən Yohannes Xrisostomos məsələ ilə bağlı demişdir:
“Lakin bizim Rəbbimiz də dekabr ayında doğulub…Yanvar təqvimindən səkkiz gün əvvəl [25 Dekabr] ..., Lakin, onlar həmin günü 'Məğlubedilməzin doğum günü' adlandırırlar. Həqiqətən də, kim bizim Rəbbimiz qədər yenilməzdir?...Yox, əgər onlar həmin günü Günəşin doğum günü adlandırırlarsa, O, Ədalət Günəşidir.”[4]
Tədqiqatçılar qeyd edirlər ki, Tanrı olaraq Günəşin doğum günün qeyd edilməsindən fərqli olaraq, astronomik günəşin doğulmasının qeyd edilməsinin “həmin dövrdə 25 dekabr və ya həmin ərəfəyə təsadef etməsini Roma tqviminə salınması, həmçinin dini Sol bayramının Mİladdan əvvəl qeyd edilməsi haqqında heç bir tarixi fakt məlum deyildir.”[60] Tomas Talli qeyd edir ki, “Campus Martius”da (274) imperator Avrelianın 25 dekabrda günəş tanrısına həsr edilmiş “Məğlubedilməz günəşin doğum günü”nü qeyd etməsi haqqında məlumat olmasına baxmayaraq, güman ki, ironik olaraq qış gündönümü heç bir reb günündə qeyd etmirdilər.[58] “Xristian fikri üçün Oksford kompanyonu”nda “Məğlubedilməz Günəşin doğum günü” və “İsanın doğulması” arasındakı münasibətlərdə qeyri-müəyyənliyə münasibət bildirilərək qeyd edilir ki, İsanın doğum gününün 25 dekabrda qeyd edilməsi nəzəriyyəsinin, onun yaradılmasının 25 martda baş verməsi dini inancı əsasında formalaşması fikri 25 dekabrın Avrelianın fərmanından əvvəl xristian bayramı kimi qeyd edilməsini düşünməyə imkan verir.[61]

Bayramın yaranmasıRedaktə

Romada tərtib edilmiş 354-cü il Xronoqrafiyası adlı şəkilli əlyazmada Milad bayramının 25 dekabrda qeyd edilməsi haqqında ilk məlumatlar vardır.[62] Şərqdə erkən xristianlar İsanın doğulmasını, əslindəİsanın vəztizi ilə əlaqəli olmasına baxmayaraq, Epifaniyanın tərkibində (6 yanvar) qeyd edirdilər.[63]
Arianizm tərəfdarı olan imperator Valensin (328-378Adrianopol savaşındaöldürülməsindən sonra, Milad xristian şərqində dirçəlməkdə olan katolisizmin bir hissəsi kimi təbliğ edilirdi. BayramKonstantinopolda 379-cu ildə, Antioxiyada isə380-ci ildə təqdim edilmişdir. 381-ci ildəQriqori Nazianzinin yepiskop seçilməsindən sonra bayram bir müddət qeyd edilmir və400-cü ildə Yohannes Xrisostomos tərəfindən yenidən xalqa təqdim edilir.[4]

Bizans dövrünə (X əsr) aid keramik lövhə üzərində Müqəddəs Nikolay təsviri. Uolters İncəsənət Muzeyi.

Orta əsrlərRedaktə


"Milad atanın imtahanı və məhkəməsi"1686, Miladın İngiltərədə rəsmən bayram kimi bərpa edilməsindən qısa müddət sonra çap edilib.
Erkən orta əsrlərdə Milad bayramı, qərb xristianlığında əsasən maqların ziyarəti üzərində qurulmuş Epifaniya bayramının kölgəsində qalırdı. Lakin orta əsrlər təqvimlərində Miladla bağlı bayram günləri üstünlük təşkil edirdi. Miladdan əvvəlki qırx gün “Müqəddəs Martinin qırx günü” adı ilə qeyd edilirdi (bu qırx gün 11 noyabrda “Turslu Müqəddəs Martin günü" ilə başlayır) və bu bayram hazırda Advent adı ilə məlumdur.[45]İtaliyada keçmiş Saturnalia ənənələri Adventə uyğunlaşdırılmışdır.[45] Təxminən XII əsrdə bu ənənələr Miladın On İki Gününə (25 dekabr-5 yanvar) uyğunlaşdırılmışdır ki, müasir liturgik təqvimdə bu günlər Müqəddəs On İki Gün və ya Kristmastid adlandırılır.[45]
800-cü ildə Böyük Karlın tacqoyma mərasiminin Milad günü həyata keçirilməsindən sonra həmin günün dəyəri daha da qabardılmağa başlamışdı. 855-ci ildə Milad günü Şəhid Kral Edmund məsh edilmiş,1066-cı ildə isə İngiltərə kralı I Vilyamın tacqoyma mərasimi baş tutmuşdur.
İnkişaf etmiş orta əsrlər dövründə bayram o qədər məşhurlaşmışdır ki, xronikalar müntəzəm olaraq müxtəlif maqnatların bayramı qeyd etməsini xəbər verirdilər. 1377-ci ildə İngiltərə kralı II Riçardın ev sahibliyi etdiyi Milad bayramı mərasimində on iki camış və üç yüzdən artıq qoyun yeyilmişdi.[45]Yule qabanı orta əsrlərdə Milad bayramlarının əsas simvollarından biri olmuşdur. Xüsusi rəqqas qrupları tərəfindən ifa edilən Milad tamaşaları da həmin dövrlərdə məşhurlaşamağa başlamışdır. Bu tamaşalar başçı müğənni və onun ətrafında düzülmüş digər ifaçılar tərəfindən xor şəklində ifa olunurdu. Həmin dövrün bir çox yazarları isə bu tamaşaların əxlaqsız məzmun təşkil edərək Saturnalia ənənələrini Yule ənənələrinə qarışdırması səbəbiylə tənqid edirdilər.[45]Qarışıqlıq” – sərxoşluq, əxlaqsızlıq və qumar da bayram ənənələrinin əsas aspektlərini təşkil edirdilər. İngiltərədə hədiyyə verilməsi adəti Yeni il günü tətbiq edilirdi.[45]
Bütün orta əsrlər dövründə Miladdaşsarmaşığıpirkal və digər həmişəyaşıl bitkilərlə əlaqələndirilmişdir.[64] Hədiyyə verilməsi isə, yalnız qanuni əlaqəsi olan şəxslər arasında həyata keçirilirdi.[64]İngiltərədə yemək, rəqs, musiqi ifası, idman oyunları və kart oyunları Miladın əsas ənənələri kimi inkişaf etdirilmiş, XVII əsrdən etibarən isə zəngin naharlar, dəbdəbəli maskalar və tamaşalar daha məşhur olmuşdur. 1607-ci ildə İngiltərə kralı I Ceymstamaşanın Milad gecəsi təşkil edilməsi və məhkəmə üzvlərinin də tamaşada iştirakı haqqında qərar vermişdi. Bu hadisə Avropada XVI-XVII əsrlər islahatları zamanı baş vermişdi və bu zaman protestantlar hədiyyə paylayan fiquru Körpə İsa və ya Kristkindlə dəyişərək tarixi də 6 dekabrdan Milad gecəsinə keçirmişdilər.[65]

XVIII əsr islahatlarıRedaktə


"Ebenezer Skruc və Milad ruhu"Çarlz Dikkensin "Milad tamaşası" novellasından, 1843.
Protestant islahatlarından sonra puritanlar kimi bir neçə kiçik xristian qrupları Milada qarşı çıxaraq onu katolik uydurması kimi dəyərləndirir, “papalığın atributu” və“Apokalipsis heyvanının əskisi”adlandırırdılar.[48] Katolik kilsəsi isə buna bayramın dini yönümünü daha da qabartmaqla cavab verirdi. İngiltərə kralı I Karlcəngavərlərini və zadəganları, keçmiş Milad alicənablığını yaşatmaq üçün qış ortasında öz ərazilərinə getməyə yönləndirmişdi.[66] 1647-ci ildə İngiltərə Vətəndaş Müharibəsiyekununda girdəbaşların qalib gəlməsi və I Karlın məğlub edilməsindən sonra puritan hakimiyyəti Miladı qadağan etmişdi.[48]
Miladın qadağan edilməsi bir çox şəhərlərdə üsyanlara səbəb olmuş, üsyançılar bir müddətKenterberi şəhərini nəzarət altına ala bilmiş və yolları pirkallar, monarxiya tərəfdarı sloqanlarla bəzəmişdilər.[48] “Milada bəraət qazandırılması” (London, 1652) kitabında puritanların səsləndirdikləri fikirlərə qarşı çıxılaraq qədim ingilis Milad ənənələri, nahar, alovda alma bişirmə, kart oyunları, “kəndçi-oğlanlar”la və “cariyələr”lə rəqslər, həmçinin Milad tamaşaları təbliğ edilir.[67] Stüartlar monarxiyasının bərpa edilməsindən sonra İngiltərə kralı II Karl Miladın qeyd edilməsinə qoyulmuş qadağanı aradan qaldırdı, lakin bəzi din xadimləri hələ də bayramı qeyd etməkdən imtina edirdi. Şotlandiya kilsəsi də bayramı qeyd etməkdən boyun qaçırırdı və baxmayaraq ki, 1618-ci ildə I Yakov bayramın qeyd edilməsi haqqında göstəriş vermişdi, kilsə yenə də cüzi mərasimlə kifayətlənirdi.[68]1640-cı ildə “kilsənin bütün batil ənənələrdən təmizlənməsi” adı ilə Şortlandiya Parlamenti rəsmən Milad bayramının qeyd edilməsini qadağan etdi.[69] Bu vəziyyət 1958-ci ildə Miladın Şotlandiyada ictimai bayram elan edilməsinə kimi davam etdi.[70]
ABŞ-da koloniyalar dövründə Yeni İngiltərəpuritanları protestantların Milada qarşı sərt tənqidlərini yaymaqla məşğul idilər. Bunun nəticəsi olaraq, Bostonda 1659-1681-ci ildə Milad bayramı mərasimləri qanundan kənar elan edilmişdi. 1681-ci ildə bu qadağa ziyarətçilər üçün ingilis qubernator SerEdmund Endros tərəfindən aradan qaldırılmışdı və artıq XIX əsrin ortalarında Bostonda Milad bayramını qeyd etmək dəbdə idi.
Həmin dövrdə Virciniya və Nyu-Yorkunxristian mülklərində bayram azad şəkildə qeyd edilirdi. Pensilvaniyanın alman dilli əhalisi, Pensilvaniyanın BetleyemNazaret və Lititz şəhərlərində, Şimali Karolinanın Vaxoviya qəsəbələrində məskunlaşanMoravian kilsəsi nümayəndələri də bayramı böyük təntənə ilə qeyd edirdilər. Betleyemdə yaşayan moravianlar ABŞ-da ilk Milad ağacını qurmuş və çox güman ki, ilk Doğulma səhnəsini yaratmışdılar.[71] ABŞ İstiqlal müharibəsindən sonra Milad bayramına olan rəğbət bir qədər azalmışdır.[72] 26 dekabr1776-cı ildə, Milad bayramının səhəri Corc Vaşinqton Hessen (alman) muzdluları üzərinə hücum etmiş və Trenton döyüşü baş vermişdi. Həmin dövrdə Milad bayramıAlmaniyada ABŞ-la müqayisədə daha məşhur idi.

Vindzor sarayında kraliçanın Milad ağacı1848-ci ildə "Illustrated London News" qəzetində, təkrarən1850-ci ildə Filadelfiyada "Godey's Lady's Book" kitabında nəşr edilib.

XIX əsrRedaktə

XIX əsrin əvvəllərində yazıçılar Tüdorlardövrünün Milad bayramını səmimiyyətlə tərifləyirdilər. 1843-cü ildə Çarlz Dikkensyazdığı “Milad tamaşası” novellası ilə Milad “ruhunu” və Milad mövsümü əfvalını sevdirməkdə yardım etmişdir.[46][47] Bu ani məşhurluq Miladı, ailə, yaxşı niyyətlilik və şəfqət təbliğ edən bayram kimi daha da sevdirmişdir.[73]
XVIII əsrin sonları – XIX əsrin əvvəllərində dini qurumların insanlar üzərində təsirlərinin azaldığı bir dövrdə, Dikens, Miladı, kilsə və dini ehkam əsaslı bayram olmaqla yanaşı, həm də ailə birliyini əsas alan bir bayram kimi təbliğ etməyə çalışmışdır.[74] Dikkens, təsvir etdiyi Milad bayarmı ilə bu gün Qərb mədəniyyətində qeyd edilən, ailənin bir yerə toplanması, mösüm yeməkləri və içkiləri, rəqslər, oyunlar və bayram əfval-ruhiyyəsi kimi Milad bayramı ənənələrinin yaranmasında ciddi təsirə malik olmuşdur.[75] Əsərdə istifadə olunmuş “Şən Miladlar” (“Merry Christmas”) ifadəsi isə sonradan əsas bayram təbriki kimi məşhurlaşmışdır.[76] Bu hadisələr Oksford hərəkatı və Anqlo-Katolisizmin inkişafı, keçmiş dini ənənələrin və mərasimlərin dirçəldilməsi dövrünə təsadüf etmişdir. 1843-cü ildə Ser Henri Kol tərəfindən ilk Milad açıqcası nəşr etdirilmişdir. Milad tamaşaları isə yenidən Vilyam Sendis tərəfindən “İlk Noel”, “Üç gəmi gördüm”, “Müjdəçi mələklərin nəğməsini dinləyin” və “Tanrı Xoş Milad bəxş etsin, Cüntlmen” “Qədim və Müasir Milad Tamaşaları” (1833) ilə başladılmış, Dikensin “Milad tamaşası” ilə isə məşhurlaşdırılmışdır.[77]

Klement Mur (1779-1863) - Santa Klaus və maralları, 1870.
Britaniyada Milad ağacı XIX əsrin əvvəllərində, kral III Georqun xanımı Şarlotta Meklenburq-Strelitz tərəfindən Hanoverin birləşdirilməsindən sonra məşhurlaşmağa başlamışdır. 1832-ci ildə gələcək kraliça olanViktoriya işqılarla, naxışlarla bəzədilmiş, ətrafına hədiyyələr yığılmış Milad ağacıhaqqında arzularını qələmə almışdır.[78] 1841-ci ildə Viktoriyanın kuzeni şahzadə Albertlə evlənməsindən sonra Britaniyada Milad ağacı bəzəmə ənənəsi daha da yayılmağa başlamışdır.[79]
1848-ci ildə Britaniya kral ailsəinin Vindzor sarayında Milad ağacı ətrafında şəklinin “Illustrated London News” qəzetində nəşr edilməsi sensasion xəbər kimi qəbul edilmişdir.[80][81] Bu şəklin redaktə edilmiş versiyası 1850-ci ildə ABŞ-da təkrar nəşr edilmişdir. 1870-ci illərdən etibarən isə Milad ağacı ABŞ-da ictimailəşməyə başlamışdır.[80]
1820-ci illərdə Vaşinqton İrvinqin “Coffri Krayonun Qaralama Dəftəri” və “Qədim Milad” kitablarında bir neçə qısa Milad hekayəsinin nəşr edilməsi ilə ABŞ-da Milada olan maraq yenidən artmağa başlamışdır.[82] İrvinqin hekayələrində ahəngdar, isti-qəlbi ingilis Milad şənlikləri təsvir edirdi.[66]
1822-ci ildə ABŞ şairi Klement Klark Mur“Müqəddəs Nikolayın Səfəri” şeirini yazmışdı (daha çox ilk misrası olan “Miladdan əvvəlki gecə” adı ilə məşhurdur).[83] Şeir, hədiyyə dəyişmə və iqtisadiyyata böyük təsiri olan mövsümi Milad alış-verişinin məşhurlaşmasına səbəb olmuşdur.[84] Bu, həm də bayramın dini dəyəri və iqtisadi önəmi arasında mübarizənin başlamasına səbəb olmuşdur. Harriyet Biçer-Stounun 1850-ci ildə nəşr edilmiş “Yeni İngiltərədə ilk Milad” kitabında Miladın əsl mahiyyətinin əyləncələr arasında itməsindən bəhs edilir.[85]
Bayram ənənələrinin bəzi ştatlarda hələ də kifayət qədər yayılmadığı 1856-cı ildə, Henri Uodsvort Longfello qeyd edirdi ki, “Milad ənənələrinin yayıldığı əsas mərkəz Yeni İngiltərədir”. Lakin keşmiş aqressiv puritan əfval-ruhiyyəsi də öz yerini hər il artmaqda olan mehriban və səmimi bayram mühitinə verirdi.[86] 1861-ci ildə Ridinq, Pensilvaniyada qəzetdə qeyd edilirdi ki, “Bizim Miladı inkar edən presviterian dostlarımız da öz kilsələrinin qapılarını açaraq birlikdə Xilaskarın növbəti doğum gününü qeyd edirlər.” [86]
1864-cü ildə yayımlanmış xəbərdə bildirilirdi ki, ilk dəfə olaraq İllinois, Rokfold Konqreqasional Kilsəsi “tamamilə puritan mpvqqeyində olmasına baxmayaraq” Milad yubileyini qeyd edir.[86] 1860-cı ildə, Yeni İngiltərə də daxil olmaqla, 40 ştat Miladı rəsmi bayram elan etmişdir.[87] 1875-ci ildə Lui Pranq Milad açıqcasını amerikanlara təqdim etmişdir. Buna görə də, o, “Amerikan Milad açıqcalarının atası” adlandırılır.[88] 1885-ci ildə Milad rəsmən ABŞ-da federal bayram elan edilmişdir.[89]

Hiç yorum yok:

Yorum Gönder